Avtomobildə narkotik vasitə aşkarlanıb

Avtomobildə narkotik vasitə aşkarlanıb


14:21     23 Aprel 2019 2019/04/narko-1556013707_1556014995.jpg

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan Gürcüstan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobilə gömrük baxışı keçirilib.


Komitədən Femida.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin cihazlar panelindəki əşya qoyulması üçün nəzərdə tutulan sandıqçada 1 ədəd kağız bükülüdə tünd qəhvəyi, iysiz, bərk halda, çəkisi 1 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 191