İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi - ADLAR


15:06     23 Aprel 2019 19_04_23_1556017668.jpg

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Femida.az Trend-ə istinadən xəbər verir ki, Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarov, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən isə Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova və Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.


Müzakirələrdən sonra yuxarıda adları qeyd olunan şəxslərin namizədlikləri təsdiq olunub.

Açar sözlər:

Oxunub: 541