Bu il 207 850 itə peyvənd vurulub


15:21     23 Aprel 2019 2019/04/7a4c1150-fb08-4692-9874-b1e99f095464_1556018596.jpg


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bu il quduzluq xəstəliyinə qarşı 207 850 baş itdə (o cümlədən 377 baş sahibsiz itdə) peyvəndləmə tədbiri aparıb.


Bu barədə Femida.az-a DBX-dən bildirilib.

Qurum xəstəliyin təhlükəli olduğunu nəzərə alaraq heyvan sahiblərinə ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən narahatlıq, dişləmə və yaxud cırmaqlanma baş verdiyi halda dərhal ərazidəki baytar həkimə müraciət etməyi tövsiyə edib, eləcə də insanları ehtiyatlı olmağa, hər hansı bir heyvan tərəfindən dişləmə və yaxud cırmaqlanma baş verdiyi halda dərhal səhiyyə ocaqlarına müraciət etməyə və antirabik vaksinini vaxtında vurdurmağa çağırıb.

Femida.az

Açar sözlər: #it   #peyvənd  

Oxunub: 393