Bu il Azərbaycana 7978 maşın gətirilib

Bu il Azərbaycana 7978 maşın gətirilib


16:06     23 Aprel 2019 masinlar.PNG

Bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 7 min 978 olub.


Dövlət Gömrük Komitəsindən Femida.az -a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 44-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 7 min 250-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 643-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 41-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Açar sözlər:

Oxunub: 217