Ucarda dəhşət! Bacı xəstə qardaşını zəncirləyib zirzəmidə saxlayıb (ŞOK VİDEO)

Ucarda dəhşət! Bacı xəstə qardaşını zəncirləyib zirzəmidə saxlayıb (ŞOK VİDEO)


16:23     23 Aprel 2019 2019/04/58442513_648038382333520_3972534153945022464_n_1556022434.png

Ucar rayonunda ruhi əsəb xəstəsi zəncirlənərək uzun müddət zirzəmidə saxlanılıb.


Femida.az xəbər verir ki, hadisə rayonun Qarabörk kəndi ərazisində baş verib. Əfşan adlı qadın qardaşı ruhi-əsəb xəstəsi olan İlyası uzun müddətdir evin zirzəmisində zəncirdə saxlayıb. Məlumata görə, İlyas uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş. Şahidlərin verdiyi məlumata görə, bacı dəmirdən hazırlanmış qapının arxasından qardaşına yemək,su verirmiş. Həmin şəxsin uzun saqqalı, baxımsız
vəziyyəti insanları vahiməyə salıb. Əldə etdiyimiz məlumata görə, bacı-qardaşın valideynləri uzun müddətdir vəfat edib.

Femida.az "Səni axtarıram" proqramına istinadən videonu təqdim edir:



Miri Məcidli
Femida.az


Açar sözlər: #Ucar   #Video   #xəbərlər  

Oxunub: 1596