Qubada yeniyetmə qız özünü körpüdən atdı

Qubada yeniyetmə qız özünü körpüdən atdı


16:51     23 Aprel 2019 2019/04/2dae6186-ea08-4e7f-8e6c-39e1b2ee6b2b_1556024068.jpg

Qubada yeniyetmə qız özünü körpüdən ataraq intihar etmək istəyib.


Femida.az-ın Report-a istinadən verdiyi xəbərə görə, rayonun Möhüc kənd sakini 2004-cü il təvəllüdlü F.M özünü Quba şəhərində yerləşən Qudyalçayın üzərindəki körpüdən atıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaxınlıqda olan şəxslər onu Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin səyi nəticəsində qız sağ qalıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: #Körpü  

Oxunub: 248