Qubada qadını avtomobil vurub

Qubada qadını avtomobil vurub


18:37     23 Aprel 2019 piyada1.jpg

Qubada yolu keçmək istəyən qadını avtomobil vurub.


Şəhər sakini Sevda Mövludağa qızı Paşayevanı yolu keçmək istəyərkən avtomobil vurub. Sürücü yaralı qadını Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Ona xəstəxanada döş qəfəsinin qapalı küt travması, qabırğaların çoxsaylı sınıqları və döş qəfəsinin sınıqları diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 169