İki küçədə hərəkət məhdudlaşdırılacaq


17:17     23 Aprel 2019 2018/08/renglenme-zolaq_1533624020.jpg

Paytaxtda bu gün iki küçədə hərəkət məhdudlaşdırılacaq.


Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, Kövkəb xanım Səfərəliyeva və Dilarə Əliyeva küçələrində mövcud nişanlanma xətlərinin yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq bu gün saat 23:00 - 06:00-a kimi qeyd edilən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tamamilə və ya qismən məhdudlaşdırılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 327