Prezident YUNESKO ilə imzalanmış sazişi tesdiqlədi


17:21     23 Aprel 2019 prezident2.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.



Saziş 2019-cu il martın 27-də Paris şəhərində imzalanıb.

Bu fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə YUNESKO-ya bildiriş göndərmək tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 351