CAR-da torpaq sürüşməsi: 5 ölü

CAR-da torpaq sürüşməsi: 5 ölü


18:55     23 Aprel 2019 19_04_23_1556026069.jpg

Cənubi Afrika Respublikasının şərqindəki Kvazulu-Natal əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 5 nəfər həlak olub.


Femida.az Trend-ə istinadən xəbər verir ki, ölənlərdən ikisi uşaq olub.

Hadisə nəticəsində bir neçə ev tamamilə dağılıb.

Sürüşmə zonasında axtarış işləri aparılır. Bölgədə yaşayan sakinlərə ehtiyatlı olmaq çağırışı edilib.

Açar sözlər:

Oxunub: 191