“Formula-1-ə görə bu məktəblərdə dərs olmayacaq

“Formula-1"-ə görə bu məktəblərdə dərs olmayacaq


19:04     23 Aprel 2019 tehsil_nazirliyi_044.jpg


“Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar yarışların keçirildiyi küçədə yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə şagirdlərə aprelin 30-na qədər istirahət verilib.


Bu barədə məktəbdən məlumat verilib.

Bildirilib ki, yolların bağlanılması ilə əlaqədar olaraq, artıq aprelin 22-dən şagirdlərin dərsə gəlməsində məhdudiyyətlər yaranıb: “Aprelin 30-na qədər yolların bağlı olması səbəbindən şagirdlər məktəbə gəlməkdə çətinlik çəkirlər deyə dərslərdə iştirak edə bilməyəcəklər. Amma onların bu müddət ərzində keçmədikləri dərslər mayın əvvəlindən hissə-hissə tədris olunacaq. Müəllimlər isə hər gün işə gəlirlər”.

132-134 nömrəli təhsil kompleksindən isə “Report”a bildirilib ki, məktəbin binası Yarışların hərəkət sxeminə aid olan küçədə yerləşməsinə baxmayaraq, dərslər dayandırılmayıb: “Hətta aprelin 26-sı saat 13:00-dək şagirdlərin dərsə gəlmələri üçün valideynlərə müraciət edilib”.

Yarışların hərəkət sxeminə aid olan küçədə yerləşən 23 nömrəli tam orta məktəbdən telefon zənglərimizə cavab verən olmayıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi 26-28 apreldə keçiriləcək. Report

Femida.az

Açar sözlər: #məktəb  

Oxunub: 410