Peşə Təhsil Mərkəzi təlimlərə başlayıb
21:55 23 Aprel 2019
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təliminin pilotlarının yaradılması” layihəsi çərçivəsində təlimlər başlanıb. Təlimlər “Fəaliyyətyönümlü öyrənmə və tədris”, “Şirkətdaxili təlimçilərin təlimi”, “Peşə məktəbləri və sənaye müəssisələri arasında əlaqələrin yaradılması” istiqamətlərini əhatə edir.
Peşə Təhsil Mərkəzindən verilən məlumata görə, təlimdə almaniyalı ekspert Gebhard Haferin iştirakı ilə müzakirələr aparılacaq.
Xatırladaq ki, “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təliminin pilotlarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur.
Oxunub: 552
Oxşar xəbərlər
- İlham Əliyev Füzulidə Peşə Liseyinin təməlini qoyub
- "Vaşinqton Post" Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki peşəkarlığından yazıb
- Diaqnostik qiymətləndirilmədən keçən peşə təhsili müəssisələrinin müəllimlərinin maaşı artırılıb
- Peşə hazırlığına cəlb olunan şəxslərə təqaüd veriləcək
- “Peşə təhsili haqqında” qanuna dəyişikliklər təsdiqlənib
- Peşə təhsili pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişib
- Peşə məktəblərinin tələbələrinin təqaüdləri artırılıb
- Azərbaycanda yeni peşə təhsili ixtisasları yaradılıb
- Azərbaycanda peşə təhsili alanlara attestat da veriləcək
- Azərbaycanda peşə məktəblərində tədris kredit sistemi ilə təşkil ediləcək