Notr-Damdan xəbər var

Notr-Damdan xəbər var


08:48     24 Aprel 2019 2019/04/notrdam_1555418793.jpg

Sənaye alpinistlərdən ibarət qrup Parisdə yanğından zərər çəkmiş Notr-Dam kilsəsinin damına brezentin montajı üzrə işlərə başlayıb.

Femida.az bildirir ki, örtük işəridə olan bəzəyi, həmçinin kilsənin konstruksiyalarını yağlşdan qorumağa imkan yaradacaq. Meteoroloqların proqnozlarına görə, Parisdə cümə axşamı gününə qədər yağış yağacağı gözlənilir.

Ümumilikdə işlərə 25 mütəxəssis cəlb olunub, onlardan bəziləri sənaye alpinistləridir.

Notr-Damı brezentlə müvəqqəti olaraq örtəcəklər. Daha sonra onun üzərinə daha möhkəm konstruksiyanın quraşdırılması gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 195


Oxşar xəbərlər