Azərbaycanda 239 nəfər qızılcaya yoluxub


10:57     24 Aprel 2019 2019/02/19-30-59-qizilca_283475676_1550935955.jpg

"Azərbaycanda qızılcaya yoluxma 2018-ci ilin noyabrın son günlərindən qeydə alınmağa başlayıb. Xəstəliyin yayılmasında pik dövr bu ilin yanvar və fevral ayları olub"

Femida.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, yanvar ayında Azərbaycanda 106, fevralda isə 110 yoluxma halı baş verib.

"Martda 23 hal olub, aprel ayında yoluxma sayının 20-yə yaxın olacağı gözlənilir. Qızılcaya yoluxma əsasən, nisbətən böyük yaşlı insanlar arasında qeydə alınıb".

Qeyd edək ki, ümumilikdə isə cari ilin 3 ayı ərzində ölkə üzrə 239 nəfər qızılca xəstəliyinə yoluxub.

Femida.az

Açar sözlər:

Oxunub: 392