Soyğunçuluq edən şəxslər saxlanılıb


11:08     24 Aprel 2019 1445850056_2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-640.jpg

Paytaxt sakininə hücum edib pulunu alan şəxslər tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də saat 23 radələrində Salyan yolu küçəsi ilə gedərkən 2 nəfərin hücumuna məruz qalıb.

Həmin şəxslər ona zor tətbiq edərək 230 manatını alıblar. Zərərçəkən bununla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri C.Ağayev və V.Paşayev qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Qətl   #Ölüm   #Borc  

Oxunub: 437