Bakıda dəhşətli gecə: Zor tətbiq edib pulunu apardılar


11:24     24 Aprel 2019 maska_ogru_0483.jpg

Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də saat 23 radələrində Salyan şossesi küçəsi ilə gedərkən 2 nəfərin hücumuna məruz qalıb. Həmin şəxslər ona zor tətbiq edərək 230 manatını alıblar. Zərərçəkmiş bu barədə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edib.



DİN Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri C.Ağayev və V.Paşayev qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 348