İçərişəhər Ümumdünya Mədəni İrs Siyahısından çıxarılmayıb - Nazirlik


11:36     24 Aprel 2019 2019/04/1490354440_2_1556091912.jpg

“İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması barədə yayılan xəbərlər əsassızdır”.


Bu barədə Femida.az-a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.

O bildirib ki, sosial şəbəkələrdə İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması haqqında yayılan məlumatlar şayiədir: “İçərişəhər Ümumdünya Mədəni İrs Siyahısındadır. O, nəinki siyahıdan çıxarılmayıb, bu barədə heç müzakirə belə getməyib”.

Qeyd edək ki, sosial şəbəkələrdə İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması haqqında xəbərlər yayılıb. Buna səbəb kimi İçərişəhər ərazisində aparılan tikinti işləri göstərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 402