Bakıda aeroport yoluyla şəhərə gələnlər ehtiyatlı olsunlar


11:58     24 Aprel 2019 aeroport_yolu.jpg

AAYDA-dan Femida.az-a verilən məlumata görə, Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Beynəlxalq Hava Limanı yol qovşağından şəhər istiqamətinə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


Femida.az

Açar sözlər:

Oxunub: 405