Mağazadan külli miqdarda pul oğurlanıb


12:01     24 Aprel 2019 ogurluq.jpg

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə aprelin 23-də saat 1 radələrində Qobustan qəsəbəsi ərazisindəki mağazaların birindən 970 manat pul oğurlanması barədə müraciət daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, polis əməkdaşları hadisə yerində olub, müvafiq araşdırmalar aparıblar. Oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini G.Nəbiyev “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Qətl   #Ölüm   #Borc  

Oxunub: 410