"Atamı itirdim,indi də anamı vəziyyəti ağırdır" - Anasına görə kömək istədi


13:28     24 Aprel 2019 2019/04/57504770_667937130328013_8796555577300877312_n_1556098049.jpg

"Hazırda həyatımın ən çətin günlərini yaşayıram. Məni tanıyanlar bilir ki, qürurlu, iradəli insanam, heç vaxt heç nəyin qarşısında aciz, gücsüz dayanmamışam. Amma, hazırda aciz vəziyyətdəyəm. 3 ildir ki atamı itirmişəm. "


Bu sözləri Femida.az -a anası qaraciyər xəstəliyindən əziyyət çəkən gənc Murad Məmmədov bildirib.

Onun sözlərinə görə, anası Məmmədova Mahirə Təhir qızı uzun müddətdir ki, qaraciyər xəstəliyindən əziyyət çəkir. Vəziyyəti çox ağırdır. Daxili qanaxmaları var. Həkimlər dördüncü dərəcəli qaraciyər serrozu diaqnozu qoyub.

"18 apreldə Gəncə Beynəlxalq xəstəxanasında endoskopik əməliyyatla daxildəki damarları elastik materialla sıxdılar. Mənim gücüm yalnız buna çatdı. Hər an həyatı təhlüksi var, qida vasitəsi kimi yalnız su verilir. Anam qaraciyər köçürülməsi ilə yaşaya bilər. Qaraciyər köçürülməsi üçün əməliyyatın qiyməti isə bildiyimiz kimi çox böyük bir məbləğə başa gəlir. Bir müəlim üçün bu əməliyyat xərclərinin qarşılanması qeyri-mümkündür. Çox xahiş edirəm bu əməliyyatın keçirilməsi üçün mənə köməklik edin anam, yaşasın.", deyə gənc müraciətində bildirib.
Kömək etmək istəyən şəxslər üçün hesabları təqdim edirik:

Hesab Bank Respublikada açılıb.


Məmmədov Murad Mahir oğlu
Əlaqə nömrəsi: 055-482-10-12

Açar sözlər:

Oxunub: 988


Oxşar xəbərlər