Baş nazirin müavini diaspor təşkilatlarını tənqid edib
13:55 24 Aprel 2019
"Bəzi diaspor təşkilatları fəaliyyətlərini dövlətdən dəstək almaq üzərində qurmağa çalışırlar. Bu yanlışdır".
Femida.az-ın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə bağlı keçirilən tədbirdə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib.
Ə.Əhmədov deyib ki, diaspor təşkilatları xalqa və dövlətə dəstək olmalıdırlar: "Biz də bu istiqamətdə getməyə başlamalıyıq. Güclü dövlətin təsirləri də böyük olur. Türkiyə və Azərbaycanın gücü artdıqca, təsir dairələrimiz, erməni yalanlarının qarşısını almaq imkanlarımız da genişlənəcək".
Baş nazirin müavini qeyd edib ki, keçmiş SSRİ hökuməti tərəfindən azərbaycanlılara qarşı deportasiya siyasəti həyata keçirilib: "Bununla bağlı rəsmi sənədlər var. SSRİ-nin deportasiya siyasəti ilə bağlı digər xalqlar beynəlxalq səviyyədə məsələlər qaldırıblar. Ermənilərə qarşı bu vasitədən də istifadə etməliyik".
Femida.az
Oxunub: 431
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib