Arvadını bıçaqlayıb özünü dənizə atdı - Bakıda ailə dramı
14:18 24 Aprel 2019
Bakının Xəzər rayonunda ailə dramı yaşanıb.
Femida.az-ın Oxu.az-a istinadən məlumatına görə, aprelin 23-də saat 11:25 radələrində Mərdəkan qəsəbəsində 37 yaşlı Dədəcanov Natiq İlham oğlu münaqişə zəmnində həyat yoldaşı Dədəcanova Vüsalə Tofiq qızına iki bıçaq zərbəsi vurub.
Nəticədə qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisədən sonra Natiq Dədəcanov Səbail rayonunda, Dəniz Vağzalı ərazisində intihara cəhd edib. N.Dədəcanovu Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilas ediblər.
O, ilkin izahatında bildirib ki, hadisə zamanı affekt halında olub və çox peşmandır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxunub: 629
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- "Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
- DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib