İki məşhur vəkilə qoyulan qadağa götürüldü


14:44     24 Aprel 2019 19_04_24_1556102746.jpg

Ötən il aprelin 23-də Baş Prokurorluğun təqdimatı ilə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iki üzvünə qoyulan 1 illik qadağanın müddəti başa çatıb.


Femida.az -ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, vəkil Nemət Kərimli və Əsabəli Mustafayev bu gündən etibarən öz fəaliyyətlərini davam etdirə biləcəklər.

Qeyd edək ki, ötən ilin bu vaxtı AXCP sədrinin müavini Gözəl Bayramlının vəkili Əsabəli Mustafayev və jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli mətbuata müsahibə verərkən müvəkkilərinin işini siyasiləşdirməklə, sübutların saxta olduğunu deməklə hüquq-mühafizə orqanlarının işinə kölgə salmaqda günahlandırılaraq 1illik müddətə fəaliyyət göstərmələrinə qadağa qoyulmuşdu.

Açar sözlər:

Oxunub: 463