23 yaşlı qızın dəhşətli intiharı – Atası ona çatsa da, tutub saxlaya bilməyib...


15:02     24 Aprel 2019 2019/04/1556102754_1556101665_meyit-esas_1556103782.png

Bakının Yasamal rayonunda özünü 7-ci mərtəbədən atan 23 yaşlı qızın cənazəsi ailəsinə təhvil verilib.


Femida.az xəbər verir ki, BakuPost-un əməkdaşı faciə baş verən ailəyə baş çəkib və bəzi yeni məlumatlar əldə edib.

Bildirildiyi kimi 1996-cı il təvəllüdlü Dadaşova Firuzə Rasim qızı gözəllik salonlarından birində qəbul şöbəsində işləyib. Bir müddət əvvəl salonun kassasından 800 manatlıq əskik aşkarlanıb. Gözəllik salonunun Rəna adlı sahibəsi bu itkiyə görə Firuzə Dadaşovanı günahlandırıb, ondan zərərin ödənilməsini tələb edib. Rənanın tələbləri aqressiv xarakter daşıyıb, hədə-qorxu və aşağılayıcı hərəkətlərlə müşayiət olunub. Rəna Firuzə Dadaşovaya məxsus qızıl-zinət əşyalarını və mobil telefonunu əlindən alıb, kassadakı əskik məbləğ yerinə qoyulmayınca qaytarmayacağını bildirib. O, tez-tez Firuzə Dadaşovanın Yeni Yasamalda yaşadığı mənzilə gəlir, ailə üzvləri ilə konflikt yaradırmış.

Aprelin 22-də Rənanın növbəti gəlişindən və dava-dalaşından sonra Firuzə özünü yaşadığı evin eyvanından atmaq istəyib. Lakin atası qızının bu cəhdinə mane olub. Qızın psixoloji durumuna və emosional davranışlarına baxmayaraq, Rəna aprelin 23-də yenə onların qapısını döyüb. Həmin axşam Firuzə atasına "Məni bağışla” deyərək, özünü eyvandan atıb. Atası qızına çata bilsə də, onu tutub saxlaya bilməyib. Yerə çırpılan qız dünyasını dəyişib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Firuzə Dadaşova nişanlanmağa hazırlaşırmış və ailələr arasında razılıq əldə olunubmuş.

Açar sözlər:

Oxunub: 682