Azərbaycanda 6 barmaqlı uşaq əməliyyat olundu


15:23     24 Aprel 2019 19_04_24_1556105028.jpg


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında əlində əlavə barmaq olan uşaq əməliyyat olunub.

Femida.az xəbər verir ki, bu barədə Azvision.az -a ATU-dan məlumat verilib.

Əməliyyatı aparan uşaq cərrahı Vüqar Məhəmmədov bildirib ki, 6 aylıq körpə polidaktiliya xəstəliyindən əziyyət çəkirmiş. Onun sözlərinə görə, polidaktiliya əlavə barmaqların olması xəstəliyidir:

"Bu uşaqda da baş barmaq tərəfdən sümük formalı polidaktiliya müşahidə olunurdu. Xəstədə əlavə barmağın çıxarılması üçün cərrahiyyə əməliyyatı aparıldı. Ümumi anesteziya altında yarım saata icra olunan əməliyyat zamanı funksiya göstərməyən barmaq xaric edilib”.

Cərrah qeyd edib ki, polidaktiliya nadir xəstəlik deyil: "Son vaxtlar bu tip diaqnozlara mütəmadi olaraq rast gəlinır. Bu problem ana bətnində keçirilmiş virus xəstəlikləri, inkişaf anomaliyaları ilə əlaqədardır".

Femida.az

Açar sözlər: ATU  

Oxunub: 465