Azərbaycana 3 ayda 167 min rus turist gəlib


16:56     24 Aprel 2019 seyahet%20turist.jpg

Ötən il Rusiyadan Azərbaycana 870 mindən çox turist səfər edib.

Femida.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. Onun sözlərinə görə, cari ilin ilk 3 ayı ərzində isə 167 mindən çox rusiyalı ziyarətçi Azərbaycana gəlib.

Agentlin rəhbəri qeyd edib ki, Rusiya Azərbaycanın turizm bazarının əsas iştirakçılarından biridir: "Rusiyalı turistlər ölkəmizin mədəni-tarixi irsinə maraq göstərirlər".

Femida.az

Açar sözlər:

Oxunub: 296