Mağazadan pul oğurladı, tutuldu


17:03     24 Aprel 2019 valyuta_manat_0257.jpg

Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə aprelin 23-də saat 1 radələrində Qobustan qəsəbəsi ərazisindəki mağazaların birindən 970 manat pul oğurlanması barədə müraciət daxil olub.


Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşları hadisə yerində olub, müvafiq araşdırmalar aparıblar.

İsti izlərlə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini G.Nəbiyev saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 415