"Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" - Çin lideri
17:11 24 Aprel 2019
“Sizi Pekində bir daha salamlayıram, qarşıdakı “Bir kəmər, bir yol” ikinci Beynəlxalq Əməkdaşlıq Forumuna xoş gəlmisiniz. Azərbaycan tərəfi və şəxsən Siz Çin-Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirirsiniz. Biz bunu yüksək qiymətləndiririk”.
Femida.az xəbər verir ki, bunu aprelin 24-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Çin lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasətinin həyata keçirildiyini, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanda sabitliyin təmin olunduğunu, xalqımızın rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa nail olunduğunu bildirib. O, Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini vurğulayıb. Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib.
Femida.az
Oxunub: 405
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb
- Cinayət törədərək gizlənən 28 nəfər ötən bir ildə ölkəyə ekstradisiya edilib
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- "Patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb
- Azərbaycan Baş Prokurorluğu: "Ermənistanın təxribatları ilə bağlı cinayət işləri başlanılıb"
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini alqışlayıb
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib