Daha 1200 məcburi köçkün ailəsinə yeni mənzil veriləcək


18:25     24 Aprel 2019 19_04_24_1556112881.jpg


Yaxın vaxtlarda yataqxanalarda yaşayan 1200 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq.


Bu barədə Femida.az-ə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Komitə sədri bildirib ki, artıq köçürüləcək yataqxanalarda ailələrin siyahıya alınması prosesi başa çatıb:

"Köçürülmə ilə bağlı yeni yaşayış kompleksində hazırlıq işləri görülür. 1200 ailə "Qobu Park-2" yaşayış massivinə köçürüləcək. Komitə ilk olaraq yaşayış şəraiti çətin olan ailələrin köçürülməsini planlaşdırır. Yaxın 1 ay ərzində həmin ailələrin köçürülməsinə başlanacaq. Hazırda Kürdəxanıdakı yeni yaşayış massivinə də köçürülmə prosesi davam edir".

Açar sözlər: #bina  

Oxunub: 444