Türkiyədən Trampın açıqlamasına reaksiya
19:20 24 Aprel 2019
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp 1915-ci ildə Osmanlı imperiyası zamanında ermənilərin kütləvi şəkildə ölümünü “böyük fəlakət” (“Mets Yegern”) adlandırıb.
Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Trampın bu açıqlamasını rədd etdiklərini açıqlayıb:
“Ermənilərin ssenarisinə əsaslanan bu açıqlamanın heç bir dəyəri yoxdur. Tarixin təhrif edilməsi əsla qəbuledilməzdir. Eyni dövrdə 500 mindən çox müsəlmanın da qətlə yetirildiyini xatırladaraq Trampı ədalətli olmağa dəvət edirik”.
Türkiyə XİN-dən bildirilib ki, həmin hadisələrin aydınlaşdırılması üçün Ortaq Tarix Komissiyasının qurulması təklifi hələ də keçərlidir.
Oxunub: 460
Oxşar xəbərlər
- Türkiyədən dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
- Türkiyədən gətirilən bu maddələrdən vergi tutulmayacaq
- Türkiyədən Azərbaycana yeni minatəmizləyən avadanlıqlar gətirilib - VİDEO
- Türkiyədən gətirilən hind quşu qiyməsi yararsız çıxıb
- Türkiyədən Azərbaycana yeni mühəndis texnikası gətirilib
- Türkiyədən daha 136 nəfər minatəmizləyən Azərbaycana gəlib
- Türkiyədən Azərbaycana sement ixracı azalıb
- Türkiyədən Ermənistana: PKK-YPG terrorçuları Qarabağı tərk etməlidir
- Türkiyədən Azərbaycana işləmək üçün gələnlərin sayı artıb
- Türkiyədən daha 178 Azərbaycan vətəndaşı təxliyə edildi