Azərbaycanda Twitterdən ən çox istifadə edən 10 rəsmi qurum - SİYAHI

Azərbaycanda "Twitter"dən ən çox istifadə edən 10 rəsmi qurum - SİYAHI


19:55     24 Aprel 2019 19_04_24_1556120327.jpg

Azərbaycanda "Twitter" sosial şəbəkəsindən ən aktiv şəkildə istifadə edən 10 nazirlik və qurumun siyahısı açıqlanıb.

Femida.az -ın məlumatına görə, siyahını Azərbaycan Baş nazirinin katibliyinin rəisi Ərəstü Həbibbəyli özünün "Twitter" səhifəsində paylaşıb.

Siyahıya əsasən, "Twitter"dən ən fəal istifadə edən Azərbaycan Xarici İşlər Nazirliyidir.

Siyahıda, həmçinin, Diaspora ilə İş üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Vergilər Nazirliyi, Nəqliyyat, Kommunikasiya və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Səhiyyə Nazirliyi və Gənclər və İdman Nazirliyi yer alıb.

Açar sözlər:

Oxunub: 252