Bakıda "Mercedes" qadını vurdu


20:15     24 Aprel 2019 19_04_24_1556120549.jpg

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Dərgahov Nurlan Ruslan oğlu idarə etdiyi "Mercedes S klass" markalı avtomobillə Füzuli küçəsində hərəkətdə olarkən piyada Əliyeva Fəxriyyə Hikmət qızını vurub. Piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 307