Salyanda bir nəfər çayda batıb


20:58     24 Aprel 2019 19_04_24_1556122878.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Salyan rayonunun Seyidsadıqlı kəndində 1 nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub.
Femida.az FHN-ə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 319