Aprel döyüşçüsünə ev verildi


22:33     24 Aprel 2019 19_04_24_1556130853.jpg


Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Aprel döyüşçüsü, qazi Əhliyət Mehdiyevi yeni mənzillə təmin edib.


Femida.az xəbər verir ki, bu barədə Ə.Mehdiyev özü məlumat yayıb. Onun sözlərinə görə, mənzil “Qobu park” yaşayış kompleksində yerləşir, 3 otaqdan ibarətdir.

“Aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik Raqub Orucovun xanımı Sevinc Alızadə mənim evlə bağlı, işlə bağlı problemim olduğunu bilən kimi Rövşən müəllimə bildirdi. Rövşən müəllim məni işlə təmin etdi. Ağdam rayonundan məcburi köçkün olduğumu bilən kimi isə mənzil məsələmə köməklik edəcəyinə söz verdi. Bu gün isə məni 3 otaqlı mənzillə sevindirdi. Təşəkkür edirəm ki, cənab Prezidentimiz İlham Əliyev, Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyeva, dövlətimiz hər zaman şəhid və qazi ailələrinin yanındadır. İnşallah Qarabağımız tezliklə işğaldan azad olunsun, öz ata - baba torpaqlarımızda yaşamağımızın sevincini yaşayaq”.

Femida.az

Açar sözlər: #aprel   #qazi   #ev  

Oxunub: 806