Qətl törədən şəxsi xəstəxanaya apardılar


08:45     25 Aprel 2019 xestexana_01254.jpg


Ötən gün şəhərdə şüşə qablar istehsal edən müəssisələrin birində ölümlə nəticələnən hadisənin təfərrüatları aydın olub.

Femida.az ONA-ya istinadən xəbər verir kj, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs 1988-ci il təvəllüdlü Cəfərov Samir Ədalət oğlu polislər tərəfindən saxlanılıb.

Saxlanılan şəxs qətl törədən zamanı əlinə də xəsarət yetirib. O, polisin müşayəti ilə xəstəxanaya gətirilib və onun əlinə tikiş qoyulub.

Qətlin hansı səbəbdən törəsilməsi isə məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 324