İntihar edən müəllimənin meyiti tapıldı - Yeniləndi

İntihar edən müəllimənin meyiti tapıldı - Yeniləndi


09:57     25 Aprel 2019 meyit.PNG

Ötən gün özünü evlərinin yaxınlığından keçən körpüdən Akkuşa çayına atmış Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 35 yaşlı Aysel Dadaşovanın cəsədi tapılıb.


Femida.az Virtualaz.org-a istinadən xəbər verir ki, cəsəd qadının özünü çaya atdığı yerdən 7 km aralıda, rayonun Qızılağac kəndi ərazisində suyun üzərinə çıxdığı üçün aşkar olunaraq FHN-nin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi olduğu deyilir.

***

Aprelin 24-də Salyanda Akkuşa çayında batan qadının meyiti tapılıb.

Axşam saatlarında Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızı özünü Akkuşa çayına ataraq intihar edib.

Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə daxil olan məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

İntihar edən qadının axtarışları ötən gün və bu gün davam etdirilib.

Bu gün səhər saatlarında A.Dadaşovanın meyiti sudan çıxarılaraq Salyan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər: #İntihar   #Polis   #DİN   #Cinayət   #Qətl   #Ölüm   #Salyan  

Oxunub: 333