Azərbaycanın Milli Qəhrəmanı: Yəhudi balası Albertin doğum günüdür (VİDEO)


10:59     25 Aprel 2019 19_04_25_1556175612.jpg

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.


Femida.az -ın məlumatına görə, Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub.

Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayır. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.


Açar sözlər:

Oxunub: 1085