DİQQƏT! Bu yolda rənglənmə işləri aparılır

DİQQƏT! Bu yolda rənglənmə işləri aparılır


11:06     25 Aprel 2019 2018/08/renglenme-zolaq_1533624020.jpg

Bakı şəhəri, Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı və Mərdəkan qəsəbəsi istiqamətində bu gün saat 11:00-dan axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.


"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 190