Bağlı qalmış 21 cinayətin üstü açıldı

Bağlı qalmış 21 cinayətin üstü açıldı


11:45     25 Aprel 2019 cinayety.jpg

Aprel ayının 24-dən 25-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Qətl   #Ölüm   #Borc  

Oxunub: 176