Sumqayıtda keçmiş məhkum yenidən tutuldu - Qətldə şübhəli bilinir


12:42     25 Aprel 2019 hebs.jpg

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən hadisə ilə bağlı məlumat yayıb.


DİN-in Mətbuat xidmətindən Femida.az -a bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə aprelin 24-də Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini S.Cəfərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 326