Azərbaycanda quduz itin insanlara hücümün görüntüləri yayıldı - VİDEO
12:52 25 Aprel 2019
Lənkəran rayonunda it 9 nəfəri dişləyib.
Femida.az -ın ONA-ya istinadla verdiyi məlumata görə, hadisə Liman şəhəri ərazisində baş verib.
Zərərçəkənlərin dediklərindən belə aydın olur ki, onların hamısını eyni it dişləyib.
Nəticədə 1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılova, 1955-ci il təvəllüdlü Şakir Cənnət oğlu Hüseynov, 1994-cü il təvəllüdlü İsa Rövşən oğlu Aslanlı, 1999-cu il təvəllüdlü Tural Sadiq oğlu Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Vəliəhd oğlu Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ağakərim oğlu Əkbərov, 1988-ci il təvəllüdlü Zahid Fərhad oğu Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa Ələkbər oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Anar Zakir oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra zərərçəkənlərin əksəriyyəti evə buraxılıb.
Sabah onlara quduzluq əleyhinə vaksin vurulacağı bildirilib.
Oxunub: 1740
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib