Zülfiyyə Xanbabayevanın evindən oğurluq edən xadimənin məhkəməsi olub

Zülfiyyə Xanbabayevanın evindən oğurluq edən xadimənin məhkəməsi olub


13:04     25 Aprel 2019 19_04_25_1556183237.jpg

Nəsimi Rayon Məhkəməsində xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən xadimə Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


ONA-nın xəbərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Ə. Şirinova özünü qismən təqsirli bildiyini deyib. Məlum olub ki, Ə. Şirinova 2013-cü ildən 2018-ci ilədək Z. Xanbabayevanın Azadlıq prospektində yerləşən evində qulluqçu işləyib. Ə. Şirinova evdən müğənniyə məxsus 2000 manat məbləğində paltar, 600 manat məbləğində kosmetika, 1520 manat məbləğində nağd pul vəsaitini oğurlayıb.

Zərərçəkmiş müğənni Z. Xanbabayevanın məhkəməyə gəlmədiyi elan olunub.

Buna görə də proses mayın 14-dək təxirə salınıb.

Açar sözlər:

Oxunub: 304