Hacıqabulda ana və oğlunu maşın vurub

Hacıqabulda ana və oğlunu maşın vurub


14:28     25 Aprel 2019 qeza_yeni.jpg

Hacıqabul rayonunun Meyniman kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, aprelin 24-də saat 13 radələrində kənd ərazisində Axtaçı Şirvan kənd sakini C.Quliyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə evinin qarşısında dayanmış kənd sakinləri Esmira Əhədovanı və onun azyaşlı oğlunu vurub.

Nəticədə E.Əhədova hadisə yerində ölüb, uşaq xəstəxanaya yerləşdirilib. Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 227