Müəllimlərin müsahibəsi başa çatdı

Müəllimlərin müsahibəsi başa çatdı


14:32     25 Aprel 2019 muellime2.jpg

Azərbaycanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi yekunlaşıb.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, aprelin 22-dən 24-dək keçirilən müsahibələrə 1170 müəllim qatılıb.

Müsahibənin nəticələri ilə bağlı tezliklə hər bir namizədin şəxsi səhifəsinə məlumat göndəriləcək.

Qeyd edək ki, müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.

Femida.az

Açar sözlər: #müəllim  

Oxunub: 232