Narkotik qəbul edib sükan arxasında oturanları HANSI CƏZA GÖZLƏYİR? - Vəkildən vacib açıqlama


15:45     25 Aprel 2019 19_04_25_1556192730.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfə təqdim etdiyimiz mövzu narkotiv vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücülərin məsuliyyəti ilə bağlıdır. Ölkədə baş vermiş bir neçə qəzada vətəndaşların iddiasına görə sürücülərin arasında narkotik vasitələrin aludəçisi olan şəxslərin də olması iddia edilir.


Misal üçün 2018-ci ilin iyulun 29-da Əhmədov Natiq Vaqif oğlu "İsuzu” markalı, 90-RB-454 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə hərəkətdə olan zaman qaranlıq vaxtı uzaq vuran işıqlardan istifadə etdiyi üçün Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol Patrul Xidməti (YPX) inspektoru Tural Həsənov tərəfindən saxlanılıb. Araşdırmalar zamanı sərnişin avtobusu sürücüsünün iş başında narkotik maddə qəbul etdiyi müəyyənləşdirilib.




Bəs narkotik vasitələri qəbul edib sükan arxasında oturan sürücüləri hansı cəza gözləyir?


Mövzu ilə bağlı Femida.az -ın suallarını cavablandıran vəkil Sadiq Əfəndiyev bildirib ki, hazırda qüvvədə olan qanunvericiliyə görə sürücünün nəqliyyat vasitəsini idarə etmə hüququ onun törətdiyi qanun pozuntusunun
xarakterindən asılı olaraq İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məhdudlaşdırıla, Cinayət Məcəlləsinə uyğun olaraq isə həmin hüquqdan məhrum edilə bilər.





- Əgər şəxs hər hansı bir cinayət əməli törətmədən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsini narkotika sərxoşluğu vəziyyətində idarə etmişdirsə o, məhkəmə tərəfindən 400 (dörd yüz) manat məbləğində cərimə edilir və ya onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Barəsində qeyd edilən inzibati tənbeh tətbiq edilmiş şəxsin yenidən həmin əməli törətməsi ağırlaşdırıcı hallarda inzibati tənbeh tədbirinin tətbiq olunmasına səbəb olur. Məsələn, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində həmin əməli təkrar törədərsə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.


Miri Məcidli
Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #həbs   #polis   #Sadiq_Əfəndiyev  

Oxunub: 2797