Bakıda müəllim şagirdi döydü - FOTO


16:29     25 Aprel 2019 19_04_25_1556195431.jpg


Bakıda daha bir məktəbdə şagird müəllim tərəfindən döyülüb.


Femida.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Binəqədi qəsəbəsi, Üçüncü mədən adlanan ərazidə yerləşən 205 saylı tam orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbdə çalışan müəllim, 1983-cü il təvəllüdlü Sevinc Vaqif qızı Əzimova həmin məktəbdə oxuyan 2005-ci il təvəllüdlü - Rəsul Şahin oğlu Əliyevi döyərək ona xəsarət yetirib.

Faktla bağlı uşağın valideynləri polis bölməsinə şikayət ərizəsi yazıb. Şikayət əsasında S.Əzimova hüquq-mühafizə orqanları tərəfindən polis bölməsinə çağırılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Faktla bağlı araşdırma davam edir.


Açar sözlər:

Oxunub: 683