500 nəfərə birdəfəlik maddi yardım
16:45 25 Aprel 2019
Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində mühüm addımlar atılır.
Femida.az-a daxil olan məlumata görə, dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanları ilə ölkəmizdə təqaüdlərin və sosial müavinətlərin məbləği cari il aprelin 1-dən orta hesabla 100 faiz artırılıb. “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar üçün də Prezidentin aylıq təqaüdü I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb.
Həmçinin, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanlar”dan I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü 100 manat müəyyən edilib və həmin təqaüdün aylıq sosial müavinət alanlarla birgə, əmək pensiyası alanlara da verilməsi nəzərdə tutulub.
Aylıq sosial müavinətin məbləği isə I dərəcə əlilliyi olanlar üçün 150 manata, II dərəcə əlilliyi olanlar üçün 130 manata, III dərəcə əlilliyi olanlar üçün 110 manata çatdırılıb. Eləcə də I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü kimi aylıq 50 manat təqaüd təsis edilib.
“Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq sosial müavinət də verilir. Bundan əlavə, həm “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar”, həm də “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət ödənilir.
Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olan vətəndaşlardan 200 nəfərə mənzil, 160 nəfərə minik avtomobili verilib.
Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.
Qeyd olunanlarla yanaşı, Çernobıl AES-də baş vermiş qəzanın ildönümü ilə bağlı həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan 500 nəfərə bu günlərdə birdəfəlik maddi yardım da ayrılıb.
Femida.az
Oxunub: 402
Oxşar xəbərlər
- 500-dən çox bal toplayan 9 nəfər ali məktəbə qəbul olmadı
- 500-dən çox adam qan verdi
- 500 uşaq bağçasında audit və monitorinq keçirilib
- 500 əlilin biznes qurmasına dəstək veriləcək
- 500-ə yaxın Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb
- 500 ailənin yaşadığı qəsəbədə iki raket tapılıb
- 500-ə yaxın müharibə əlili və şəhid ailəsinə mənzil veriləcək - ŞAD XƏBƏR
- 500-ə yaxın dövlət əmlakı özəlləşdirilib
- 500-ə yaxın miqrant xilas edilib
- 500 vəzifə yeri üçün müsabiqə elan edildi