“TRT World” telekanalına hücum edilib


16:50     25 Aprel 2019 2019/04/pkk-yandaslari-londrada-trt-world-binasini-basti,bJ5vedV8cUaRv4gLkWER6w_1556196917.jpg

"TRT Word" telekanalının Londonda yerləşən ofisinə PKK tərəfdarları tərəfindən hücum olub.

Femida.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-in baş direktoru İbrahim Erenlə telefon əlaqəsi saxlayaraq, hadisə barədə məlumat alıb.

Məlumata görə, 50-yə yaxın PKK tərəfdarı "TRT Word"-ün Londondakı binasının qarşısına toplaşıb. 40 dəqiqə ərzində Türkiyə əleyhinə şüarlar səsləndirən qrup binaya daxil olmağa çalışıb. Polisin müdaxiləsindən sonra onlar ərazidən uzaqlaşıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 398