7 minlik qızıl, 7 qoyun oğurladı


17:02     25 Aprel 2019 19_04_25_1556197401.jpg

İmişli rayonu ərazisindəki evlərin birindən oğurluq olub.


Femida.az xəbər verir ki, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri A.Əliyev və İ.İsmayılzadə saxlanılıblar.

A.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 5-də həmyerlisi M.Fazilovla birgə rayon ərazisindəki bir həyətyanı sahədən 7 baş qoyun oğurlaması müəyyən edilib.


Davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fazilov da saxlanılıb.

Açar sözlər:

Oxunub: 303