Azərbaycanda ev heyvanlarını sığortalamaq mümkün olacaq

Azərbaycanda ev heyvanlarını sığortalamaq mümkün olacaq


18:28     25 Aprel 2019 19_04_25_1556198093.jpg

Aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı bəlli olub.


Femida.az -ın məlumatına görə, bu barədə yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində bildirilib.

Qanun layihəsinin 5-ci maddəsində (Aqrar sığorta üzrə təminat verilən risklər) qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır:


1. Təbiət hadisələri, o cümlədən təbii fəlakətlər;

2. Yanğın;

3. Qəzalar;

4. Yoluxucu xəstəliklər və zəhərlənmələr;

5. Vəhşi heyvanları hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;

6. Üçüncü şəxslərin hərəkətləri.

Qeyd edək ki, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri, kənd təsərrüfatı məqsədləri ilə yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşları aqrar sığortanın predmeti sayılır.

Açar sözlər:

Oxunub: 179